10 Mart 2016 22:14
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Herat vilayətinin Şindent rayonunda "Taliban" terror qruplaşmaları arasında toqquşma olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, insident zamanı 200 terrorçu öldürülüb. Məsələ ilə bağlı açıqlama verən vilayət rəsmisi Fərhad Ceylani bildirib ki, ölənlər arasında terrorçuların iki komandiri də olub.

O əlavə edib ki, silahlı toqquşma zamanı hər iki tərəfdən xeyli terrorçu yaralanıb. Hadisədən dinc sakinlər zərər görməyib.

Elvin


Müəllif:

Oxşar xəbərlər