Ukraynanın sabiq hökumət rəhbəri Nikolay Azarov hazırkı Baş nazir Arsen Yatsenyuku fərasətsiz adlandırıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Azarov Rusiya mediasına açıqlama verib:
"Düşünürəm ki, Yatsenyuk cavab verməyəcək. Ona çox yersiz suallar verilib. O, bütün illər ərzdinə hökumətə rəhbərlik etmiş ən fərsiz baş nazirdir. Yatsenyuku deyil, iqtisadi siyasəti, inkişaf strategiyasını dəyişmək lazımdır".
Qeyd edək ki, bir müddət öncə Azarov Yatsenyuka yerdəyişmə təklif etmişdi: "Yatsenyuka mərc təklif edirəm. Yerlərimizi dəyişirik və sən hara istəsən gedirsən. Mən sənin yerini tuturam. Bu mərcdə tək mən yox, bütün Ukrayna xalqı qələbə qazanacaq".
Samir