Braziliyanın keçmiş prezidenti İnasiu Lula da Silva həsb edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sabiq prezidentin adı "Petrobras" neft şirkəti ilə əlaqədar araşdırılan korrupsiya cinayətində hallandırılır.
Prokurorluq sabiq prezidentin həyat yoldaşına qarşı da ittiham irəli sürüb.
Qeyd edək ki, "Petrobras"da korrupsiya ilə bağlı araşdırmalar 2013-ci ildən etibarən davam edir. Martın 4-də ölkənin hüquq-mühafizə orqanları tərəfindən İnasiu Lula da Silvaya məxsus evlərdə axtarış həyata keçirilib. Axtarışdan sonra sabiq prezident dindirilmə üçün polis idarəsinə aparılıb.
Samir