11 Mart 2016 13:35
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In dünyaya meydan oxumaqda davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu dəfə o, Şimali Koreya Silahlı Qüvvələrinə nüvə silahı sınaqlarının daha tez keçirilməsi ilə bağlı əmr verib.

Əmrə əsasən, KXDR qüvvələri nüvə silahlarının istehsalını və sınağını artırmalıdır: “Şimali Koreya lideri istehsal olunan nüvə başlıqlarının dağıdıcı gücünün yoxlanması üçün sınaqların keçirilməsini istəyib”.

Inın əmrində qeyd edilib ki, Şimali Koreya ordusu düşmənə yerdə, havada və su altında nüvə silahı ilə zərbə endirməyə hazır olmalıdır.

Martın 7-də verdiyi açıqlamada Şimali Koreya lideri ölkənin təhlükəsizliyinə hər hansı təhlükə yaranacağı təqdirdə preventiv nüvə zərbəsi endirməyə hazır olduqları barədə bəyanat yayıb. KXDR rəhbərliyinin fikrincə, bu təhlükə Vaşinqton və Seuldan gözlənilir. Pxenyan Cənubi Koreyanın azad olunması üçün hərbi əməliyyat planı hazırladığı ilə bağlı məlumatlar da yayıb.

Açıqlamadan 3 gün sonra Şimali Koreya Yapon dəniznə iki ballistik raket atıb.

Xatırladaq ki, son aylar Şimali Koreyanın həyata keçirdiyi nüvə sınaqları və fəzaya kosmik peyk buraxması dünya ölkələrinin ciddi etirazına səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər