11 Mart 2016 22:19
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriya Yuqoslaviya kimi bölünməlidir ki, bu ölkədə siyasi və hümanitar böhranı başa çatsın".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Avropa qoşunlarının keçmiş rəhbəri, general Ceyms Stavradis deyib.

Onun sözlərinə görə, Suriya bir ölkə kimi fəaliyyətini dayandırıb: "Ölkənin böyük hissəsində müharibə və aclıq hökm sürür. İŞİD terror qruplaşması mövqeyini zəiflətmək və Suriyada Əsəd rejimi ilə müxaliflərin razılaşmasını təmin etmək çox vacibdir. Əgər tərəflər Suriya sülh danışıqlarında istirak edirsə, demək onlar razılaşacaq, yeni konstitusiya qəbul edəcək və ölkədə seçkilərin keçirilməsinə nail olacaqlar".

Samir


Müəllif:

Oxşar xəbərlər