Türkiyənin qərbində - İzmirdə “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatını 10 üzvü saxlanılıb.
Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.
Saxlanılan şəxslərin İstanbulun bir sıra rayonlarında terror hadisələri planlaşdırdığı məlum olub.
Martın 9-da isə həmin terror təşkilatın İstanbulda terror hadisəsi təşkil etməyi planlaşdıran 9 üzvü saxlanılmışdı.
Bundan öncə fevralın 16-da Türkiyənin cənub-şərqində Şanlıurfa əyalətində həmin təşkilatın intiharçı-terrorçu üzvü Dilək Kaya saxlanılıb.