12 Mart 2016 14:46
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obamanın fikrincə, Amerika kompaniyaları ehtiyac yaranacağı təqdirdə hökumətin daxil ola bilmədiyi mobil qurğular istehsal etməməlidir. Bu barədə o, Texas ştatında çıxış edərkən bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ evin sahibi ABŞ Ədliyyə Nazirliyi və “Apple” kompaniyası arasında terrorçunun “iPhone” smartfonunun “sındırılması” ilə bağlı münaqişəyə şərh vermək niyyətinin olmadığını qeyd edib. Bununla yanaşı, o deyib: “Əgər texniki cəhətdən giriş əldə etməyin mümkün olmadığı qurğu və ya bu cür güclü şifrəyə malik sistemi hazırlamaq mümkündürsə, o halda biz terrorçuların planını necə ifşa edə bilərik?”

Xatırladaq ki, ABŞ-da mobil qurğularda informasiyanın güclü mühafizə sistemləri vasitəsi ilə qorunmasına yol verilməsi barədə müzakirələr məhkəmənin “Apple” kompaniyasına qarşı çıxardığı qərardan sonra daha da güclənib. Qərara əsasən, “Apple” kompaniyası Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşlarına Kaliforniya ştatında baş verən hücumda iştirak edən yaraqlılardan biri – Səid Fərruxa aid smartfonun “sındırılması” üçün kömək etməlidir. Kompaniyanın başçısı Tim Kuk isə mobil qurğudakı lazımı məlumatın artıq hökumətə təqdim olunduğunu deyərək, FTB-nin tələbini yerinə yetirməkdən boyun qaçırır.


Müəllif:

Oxşar xəbərlər