13 Mart 2016 12:36
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Con C. Stennis" adlı atom daşıyan gəmisi Cənubi Koreya sahillərinə yan alıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, Pusana portunda gələn gəmi birgə təlimlərdə iştirak edəcək.

Məlumatlara görə, gəmidə 80 hərbi texnika, o cümlədən "F/A-18 Hornet" qırıcıları, "EA-6 Prowler" və "E-2 Hawkeye" təyyarələri gətirilib.

Təlimlərdə "Stockdale", "Chung-Hoon" və "William P. Lawrence" gəmiləri, həmçinin "Mobile Bay" kreyseri iştirak edəcək. Ümumilikdə təlimlərə 300 min koreyalı və 17 min amerikalı hərbçi qatılacaq.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət yanvarın 6-da Şimali Koreyanın nüvə bombası sınaqdan keçirməsi və havaya kosmik raket buraxmasından sonra gərginləşib.

Samir


Müəllif:

Oxşar xəbərlər