Polşanın hazırki hökumətinə müxalif olan qüvvələr paytaxt Varşavada etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Konstitusiya məhkəməsinin binası qarşısına yığışan nümayişçilər keçiriləcək islahatlara etiraz ediblər. Onlarin fikrincə, planlaşdırılan islahatlar məhkəmənin hökumət üzərindəki nəzarətini zəiflədəcək.
Bütün etirazlara baxmayaraq, Poşa hökumətinin nümayəndələri islahatın baş tutacağını açıqlayıb. Müxalifət nümayəndələrinin sözlərinə görə, hökumət islahatlar paketini rəsmi qəzetdə dərc etməkdən boyun qaçırıb.
Yerli mediada yayılan məlumatlarda islahatların bəzi müddəaları dərc edilib: "İslahatlar paketinə əsasən, hər hansı qərarı qəbul etmək üçün səslərin 2/3 hissəsi müsbət olmalıdır. Yəni, hər hansı qərarın qəbulu üçün 15 hakimdən 13-nün razılığını tələb edir. Əvvəllər isə 10 hakimin razılığı kifayət edirdi".
Samir