13 Mart 2016 22:16
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın Kızılay meydanındakı partlayışdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, meydana piyada və avtomobillərin girişinə icazə verilmir.

Atatürk Bulvarında meydana gələn partlayışın ardından bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.

Hazırda Kızılay meydanı üzərində təhlükəsizlik qüvvələrinə aid bir vertolyot da nəzarət uçuşu edir.

Alınan ilk məlumatlara görə, partlayış zamanı 27 nəfər ölüb, 75 nəfər yaralanıb, bəzi avtomobillər və iş yerlərinə ziyan deyib. Hadisə zamanı yaralananlar Ankaradakı 10 xəstəxanaya yerləşdirilib.

Ankara valisi Mehmet Kılıclar da hadisə yerindədir.

Nihad


Müəllif:

Oxşar xəbərlər