Ankaranın Qızılay səmtində axşam saatlarında meydana gələn partlayış, "Gənclərbirliyi" matçından sonra paytaxtdan İstanbula qayıdan "Qalatasaray" klubuna da təsir edib.
Musavat.com xəbər verir ki, 1-1 bitən oyunun ardından "Qalatasaray" futbol klubununun oyunçularını daşıyan avtomobil Qızılay səmtindən keçdiyi əsnada partlayış baş verib.
Partlayış xəbərini eşidən futbolçuların yaxınları təlaş içərisində onlarla əlaqə saxlamağa çalışıb.
Verilən məlumata görə, futbolçular ailələrinə sağ olduqlarını bildiriblər.