ABŞ-ın Luiziana və Missisipi ştatları güclü yağışın və daşqının əsarətində qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 4 nəfər həyatını itirib, minlərlə ev su altında qalıb.
Rəsmi məlumatlara görə, bəzi bölgələrdə suyun dərinliyi 60 santimetri ötüb. Hökumət hər iki ştatda fövqəladə vəziyyət elan edib. Bəzi məlumatlarda bildirilib ki, təkcə Luiziana ştatında daşqın nəticəsində 5 min ev dağılıb.
Samir