"Türkiyə-Suriya sərhədində uçuşun qadağan olunduğu zona yaradıla bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Ursula Von Der Leyen deyib.
Onun sözlərinə görə, bu məsələnin reallaşması üçün bütün tərəflərin müsbət rəyi lazımdır: "Hazırda ilk hədəfimiz yardım paketlərinin xalqa çatdırılması və təhlükəsiz koridorun təmin edilməsidir".
Qeyd edək ki, bir müddət öncə Almaniya kansleri Angela Merkel miqrantların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Suriyada uçuşa yasaq bölgənin yaradılması fikrini dəstəklədiyini açıqlamışdı.
Samir