14 Mart 2016 21:27
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın Kızılay meydanında törədilən terror aktı ilə əlaqədar yeni bir iddia ortaya atılıb.


Teleqraf.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, ikinci şübhəli PKK ilə əlaqəsi olan Türkiyə vətəndaşıdır.

Türkiyə mediasının yazdığına görə, terror aktını biri qadın olmaqla 2 terrorçu törədib. Onların ikisinin də hadisə yerində öldüyü müəyyənləşdirilib. Qadın kamikadzenin Balıkesir Universitetinin tələbəsi olan Seher Çağla Demir olduğu bəlli olub.

Qeyd edək ki, martın 13-də törədilən terror aktında 37 nəfər həyatını itirib, 125-i yaralanıb.


Müəllif:

Oxşar xəbərlər