Türkiyədə Şanlıurfanın Ceylanpınar qəsəbəsində Suriya sərhədini qanunsuz keçən 10 nəfər PKK terrorçusu təqib edilərək, saxlanılıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, təhlükəsizlik qüvvələrindəki mənbə Ceylanpınar polisi terrorla mübarizə şöbəsinə Ensar məhəlləsində bir qrup PKK-çının olduğu barədə məlumat daxil olduğunu bildirib.
Həmin məhəllədə dərhal əməliyyat həyata keçirilib və PYD(PKK-nın Suriya qolu) üzvü olan 10 nəfərhəbs edilib. Onlardan biri əlindəki kağızparçasını udub. Bu səbəbdənpolis həmin şəxsi Ceylanpınar Dövlət Xəstəxanasına aparılıb. Lakin burada rentgen müayinəsindən sonra həmin şəxsdə hər hansı bir şey tapılmayıb.
Terrorçular ifadə vermələri üçün polisə aparılıb.
Nihad