15 Mart 2016 11:58
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna Baş naziri Arseni Yatsenyuk istefa üçün şərtlərini açıqlayıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Petro Poroşenkonun xüsusi nümayəndəsi Stepan Kubiv məlumat verib:

"Baş nazir dedi ki, o, istefa verməyə hazırdır. Ancaq onun 3 şərti var: Birincisi, yeni baş nazirin naziri kimliyi, ikincisi, yeni hökumətin tərkibi, uçuncüsü, fəaliyyət proqramı açıqlanmalıdır".

Kubiv əlavə edib ki, bununla bağlı gərgin müzakirələr gedib və hər fraksiya öz mövqeyini səsləndirib: "Sonda prezident bildirib ki, parlament və siyasi fraksiyalar yeni koalisiyanın formalaşdırılması ilə bağlı öhdəlikləri öz üzərinə götürməlidir".

Samir


Müəllif:

Oxşar xəbərlər