15 Mart 2016 15:45
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyadan çıxarılması danışıqların nəticəsi deyil, prezident Vladimir Putinin qərarıdır".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, prezident Putin hesab edir ki, qırıcılar öz tapşırıqlarını yerinə yetirdi: “Moskva rəhbərliyi bu addımla Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərmək niyyətində deyil. Bununla bağlı səsləndirilən fikirlər yanlışdır".

Peskov qeyd edib ki , son günlər Rusiya təyyarələrinin Suriyada uçuşu da azalıb: "Uçuşlar 70 faiz azalıb. Bununla əlaqədar düşünürük ki, böyük kontingentə ehtiyac yoxdur".

Samir


Müəllif:

Oxşar xəbərlər