16 Mart 2016 00:54
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dövlət katibi Con Kerri gələn həftə Moskvaya səfər edəcək.

Teleqraf.com gazeta.ru-ya istinadən xəbər verir ki, səfər zamanı Kerrinin Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi gözlənilir.

Bununla bağlı Kerri jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. O bildirib ki, görüş zamanı Suriya böhranı və Rusiya Hərbi Hava Qüvvələrinin bu ölkədən çıxarılması məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, Putinin əmrinə əsasən, Rusiya qırıcıları martın 15-dən etibarən Suriyanı tərk etməyə başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər