"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən uyğun formatdır".
Teleqraf.com panarmenian.net-ə istinadən xəbər verir ki, bunu Yunanıstan prezidenti Prokopis Pavlopulos ermənistanlı həmkarı Serj Sarkisyanla görüşündə deyib.
Görüş zamanı iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib. Pavlopulos rəsmi Afinanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb və qeyd edib ki, Yunanıstan bu məsələnin beynəlxalq hüquq və normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.
Samir