13 İyun 2014 14:50
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 41-ci prezidenti, ata Corc Buş 90 yaşını havada qeyd edib.

O, 90 yaşını qeyri-adi formada qeyd etmək istəyib. Ona görə də sabiq prezident Men ştatında yerləşən evinin yaxınlığında helikopterdən paraşütlə tullanıb. Yerdə isə onu həyat yoldaşı Barbara və oğlu Corc qarşılayıb. Parkinson xəstəliyindən əziyyət çəkən ata Corc Buş artıq 8-ci dəfədir ki, paraşütdən tullanır.

Xatıraladaq ki, Corc Buş 1989-1992-ci illərdə ABŞ prezidenti olub./anspress/


Müəllif: