Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan terror aktından sonra Türkiyə polisi ölkənin müxtəlif şəhərlərində əməliyyat həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı 50-dən çox evdə axtarış aparılıb və 47 nəfər həbs edilib.
Onların PKK terror təşkilatı ilə əlaqələri aradşırılır. Yayılan məlumatlara görə, axtarışlar zamanı evlərdən çox sayda silah-sursat aşkar edilib.
Samir