16 Mart 2016 21:51
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin dopinq qalmaqalına münasibət bildirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Putin idmançıların dopinqdən istifadəsinə görə bu sahə üzrə məsul şəxsləri və trenerləri ittiham edib.

"İdman sahəsinə nəzarət edən məsul şəxslər Beynəlxalq Dopinqlə Mübarizə Agentliyinin bəzi maddələrin qadağan edildiyini öncədən idmançılara elan etməli idilər", deyə Putin qeyd edib.

Rusiya İdman Nazirliyi və Federal Biyomedikal Agentliyini tənqid edən Putin belə bir durumun bir daha yaşanmaması üçün Beynəlxalq Olimpia Komitəsinə müraciət edilməsini istəyib.

Qeyd edək ki,idmançılar Yekatrina Bobrova, Mariya Şarapova, Semyon Elistratov, Pavel Kuliznikov, Yekatrina Konstantinova, Aleksandr Markin, Eduard Latipov dopinq testindən keçə bilməyiblər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər