"Kosmik-hava qüvvələrini geri çağırmaq Rusiyanın Suriya münaqişəsindən qalib kimi çıxmasına imkan verdi".
Teleqraf.com xəbər verir ki, bu fikirlər "The Washington Post" nəşrinin dərc etdiyi məqalədə yer alıb. Məqalənin müəllifi hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin əmri ABŞ üçün gözlənilməz oldu: “Hələ sentyabrda ABŞ prezidenti Barak Obama bildirdi ki, Suriyadakı hərbi əməliyyatlar Moskvanı bu münaqişənin "bataqlığ"ına sürükləyəcək. Ancaq uğurlu hərbi əməliyyatlar nəticəsində Putin deyil, Obama "bataqlığ"a düşdü.
Putin bu məsələdə böyük uğurlar qazandı. Birincisi, Rusiya Suriyada vətəndaş müharibəsinin gedişini dəyişdi. İkincisi, Putin Rusiyanın Yaxın Şərqdəki mövqeyini geri qaytardı.
Hazırda ABŞ-ın bir yolu qalıb. Vaşinqton sülh danışıqlarında Rusiyanın mövqeyini qəbul etməlidir. Bundan başqa, Obama Putinin bütün şərtlərini qəbul etməlidir. Bu şərtlərə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması da daxildir.
Rusiya bir çox hallarda beynəlxalq təcriddən yaxa qurtara bilib və indi o, Avropa Birliyinin sanksiyalarının ləğvinə də nail ola bilər".
Qeyd edək ki, Putinin əmrinə əsasən, martın 15-dən etibarən Rusiya Hərbi Hava Qüvvələrinin bir hissəsini Suriyadan çıxarıb.
Samir