17 Mart 2016 11:06
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 13-də Ankaradakı dəhşətli partlayışı törədən ikinci şəxsin kimliyi məlum olub.

Teleqraf.com "Millliyet"-ə istinadən məlumat verir ki, bu Zonquldak əyalətindən olan 26 yaşlı Türkiyə vətəndaşı Özgür Unsaldır.

Onun 2008-ci ilin 10 avqust tarixində Zonquldak Atatürk Dövlət Xəstəxanasına müraciət etdiyi ortaya çıxıb.

Qeyd edək ki, Türkiyənin paytaxtında Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində 37 nəfər ölüb, yaralananların sayı isə 125 nəfərə çatıb.

Yusif


Müəllif:

Oxşar xəbərlər