17 Mart 2016 12:23
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin miqrant böhranı ilə əlaqədar Avropa Birliyinə qarşı atdığı addımalr şantaj xarakterlidir".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın Xalq Cəbhəsi partiyasının lideri Marin Le Pen deyib:

"Avropa Birliyi sərhədlərinə nəzarəti zəiflədib və indi Türkiyə miqrant böhranını həll etmək üçün 6 milyard dollar vəsait, eləcə də öz vətəndaşlarına viza verilməsinin tamamilə liberallaşdırılmasını istəyir. Həmçinin Türkiyə özünün Avropa Birliyinə qəbulu prosesini sürətləndirməyi tələb edir".

Miqrant axınına toxunan partiya sədri qeyd edib ki, Avropaya 1,5 milyon qaçqın gəlib və yaxın vaxtlarda bu rəqəm 3 milyona çatacaq: "Miqrantları daşıyan gəmiləri geri qaytarmaq lazımdır. Onlara Avropada sığınacaq vermək düzgün addım deyil. Əgər Avropa Suriyada müharibəni davam etdirsə, miqrant axınının qarşısını ala bilməyəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər