Almaniyanın Ankaradakı səfirliyi terror təhlükəsi səbəbindən bağlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda səfirliyin hansı müddətə bağlı qalacağı açıqlanmayıb. Nazirlik Almaniyanın İstanbuldakı Baş Konsulluğunun və alman liseyinin də bağlandığını bildirib.
Samir