13 İyun 2014 16:25
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün təqribən 20 "Avromaydan" fəalı Kiyev prokurorluğunun binasına hücum ediblər. Etirazçılar paytaxt prokurorluğunun binasını ələ keçirməyə cəhd edirlər.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Kiyev prokurorluğunun mətbuat xidmətinin rəhbəri Alyona Yaxno bildirib.
Yaxnonun sözlərinə görə, etirazçılar israrla prokurorluğun binasına daxil olmağa səy göstəriblər. “Maydan” fəallarının digər qismi – “Sağ sektor”un tərəfdarları isə prokurorluğun binasını mühafizə edir, oraya etiraz xarakterli yürüşün qarşısını almağa çalışırlar.

Etirazçıların əsas tələbi yerli prokururorluq strukturunda nəzarət-müşahidə sisteminin mülayimləşdirilməsi, şəffaflaşdırılmasıdır.

Nail Cəlil


Müəllif: