17 Mart 2016 16:39
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Suriyada həyata keçirdiyi əməliyyatlara 33 milyard rubl xərcləyib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, maliyyələşdirilmə əsasən, Rusiya Müdafiə Nazirliyinin imkanları hesabına həyata keçirilib: "Biz resursları Suriyadakı qruplaşmalarla mübarizəyə yönəltdik. Bu xərclər Rusiya müdafiə sisteminin gücləndirilməsinə sərf edilib".

Putin əlavə edib ki, Rusiya Suriyaya hərbi və humanitar yardımlarını davam etdirəcək: "Suriyanın hüquqi rəhbərliyinin dəstəklənməsi kompleks xarakter daşıyır - bu maliyyə və hərbi yardımları birləşdirir".

Qeyd edək ki, Putinin əmrinə əsasən, Rusiya martın 15-dən etibarən qırıclarını Suriyadan çıxarmağa başlayıb.

Samir


Müəllif: