13 İyun 2014 16:34
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ettinger Ukrayna və Rusiya ilə qazın nəqli məsələsi ilə bağlı danışıqları dava etdirməyə hazır olduqlarını bildirib.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, Ettinger bunu bu gün Lüksemburqda keçirdiyi brifinqdə bildirib.


O, vurğulayıb ki, Moskva və Kiyevlə aparılan danışıqlar yaxın saatlarda telefon əlaqəsi vasitəsilə davam etdiriləcək: “Biz danışıqları davam etdirmək niyyətindəyik və bunu elə sabah həyata keçirmək istəyirik”

Nail Cəlil


Müəllif: