Suriya kürdləri ölkənin şimalında federasiya yaradıblar. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, kürdlər Suriyanın şimalındakı Rimelan qəsəbəsində konfrans keçirərək Türkiyə ilə həmsərhəd olan Cəzirə, Kobani və Afrin bölgələrini "federal sistem"ə birləşdiriblər.
Suriyada müharibə başlayandan sonra ordu ölkənin şimalından çəkilib. Rojava adlanan bölgə kürdlərin nəzarətinə keçibş Demokratik Birlik Partiyası (PYD) 2014-də Rojavadakı üç bölgədə Afrin, Kobani və Cəzirədə nümayəndəliklərini yaradıb. Kürdlər İraqın sərhədindən Fırat çayına qədər 400 kilometrlik əraziyə nəzarət edir.
Türkiyə Suriyanın federallaşmasına qarşı çıxır. Rəsmi Ankara hesab edir ki, hansısa etnik qrupun birtərəfli şəkildə ölkənin konstitusion quruluşunu dəyişdirməsi yolverilməzdir və Suriyanın taleyiləı bağlı qərarı xalq birlikdə verməlidir.
Rəsmi Dəməşq də ölkə ərazisində "Şimali Suriya Federasiyası" yaradılmasını ölkə qanunlarına, suverenleiyinə zidd olduğunu bəyan edib.
Ayxan