YouTube saytında Hollandiyanın məşhur PSV Eindhoven klubu azarkeşlərinin İspaniyada Suriya qaçqınlarına təhqiramiz şəkildə xırda pul tullayıb həqarət etməsini göstərən video sosial mediada ciddi müzakirələrə yol açıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, təhqir olunan qadınlar suriyalı yox, Türkiyə vətəndaşlarıdır. Rumıniya qaraçıları olan qadınlar uzun müddət İstanbulda yaşayıblar və Türkiyə vətəndaşlarıdır.
Qeyd edək ki, videoda İspaniyanın Madrid şəhərindəki Plaza Mayor meydanında, açıq barda əylənən azarkeşlərin qaçqınlara xırda pulu çox alçaldıcı bir tərzdə atması görüntülənib.