Rusiya prezidenti Vladimir Putin Suriyada 5 rus hərbçisinin həlak olduğunu təsdiqləyib.
Teleqraf.com Rusiya saytlarına istinadla xəbər verir ki, Putin bu rəqəmi Kremldə hərbçilərlə görüşü zamanı səsləndirib.
Rusiya dövlət başçısı görüşdə həlak olmuş hərbçilərin həyat yoldaşlarına müraciət edib. Onların arasında ötən ilin noyabrında naməlum şəraitdə öldüyü bildirilən Fyodr Juravlyovun həyat yoldaşı Yuliya Juravlyova da olub.
"Röyter" agentliyinin məlumatına görə, əvvəllər Fyodr Juravlyovun Şimali Qafqaza ezamiyyət zamanı həlak olduğu deyilirmiş.