18 Mart 2016 10:12
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə-Avropa Birliyi liderlərinin sammitinə qatılmaq üçün gecə Belçikanın paytaxtı Brüsselə səfər edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əhməd Davudoğlu Brüsseldə Avropa Birliyi Şurasının sədri Donald Tusk və Avropa Birliyinə sədrlik edən Hollandiya baş naziri Mark Rutte ilə görüşəcək.

Məlumatlara görə, ötən gün Avropa Birliyi ölkələrinin rəhbərləri Türkiyənin Suriya qaçqınları və AB-yə üzvlük məsələsi ilə bağlı martın 7-də verdiyi təklifləri müzakirə edərək ortaq fikrə gəliblər. Yekun qərara Türkiyənin münasibəti bugünkü danışıqlarda bəlli olacaq.


Müəllif:

Oxşar xəbərlər