13 İyun 2014 17:42
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın dövlət başçısı Park Geun-Hye çox sayda adamın həyatını itirdiyi gəmi qəzasının ardından sıx tənqidlərə məruz qalan hökumətində yeddi naziri istefaya göndərib.

Teleqraf.com-un TRT haber-ə istinadən məlumatına görə, dövlət başçısının sözçüsü Min Kyung-Vook, Baş nazir Köməkçisi və Maliyyə Naziri Hyun Oh-Seokun yerinə daha əvvəl ticarət naziri kimi çalışmış Çoy Kyong-Hvan gətirilib.


Rəhbərləri dəyişdirilən digər nazirliklər arasında təhlükəsizlik və cəmiyyət idarəsi, ailə və təhsil nazirliklərinin də adı çəkilir. Min bəlli qəzadan sonra tənqid hədəfinə çevrilən dənizçilik nazirliyində hələlik ciddi dəyişikliyin nəzərdə tutulmadığını qeyd edib.

Mediada verilən şərhlərdə dövlət başçısı Parkın bununla ictimaiyyətin etibarını yenidən təmin etməyə çalışdığı vurğulanır. Xatırladaq ki, turizm əhəmiyyətli Jeju adasına gedən gəmi Byungpung adasının 20 kilometrliyində sahilə təhlükəsizliklə bağlı kömək çağırışı göndərdikdən sonra soyuq sulara qərq olmuşdu. 325-i litsey şagirdi olan 476 adamın yerləşdiyi gəmidən cəmi 174 nəfər xilas ola bilib.

Nail Cəlil


Müəllif: