Almaniyanın Türkiyədəki diplomatik missiya və məktəbləri qarşıdakı günlərdə də bağlı qalacaq. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.
O deyib ki, rəsmi Berlinin qərarına əsasən, Almaniyanın səfirliyi, baş konsulluğu qapalı qalacaq. Almaniya hökuməti diplomatik numayəndəliklərinin təhlükəsizliyinə dair məlumatın qiymətləndirilməsi üçün böhran komitəsi yaradıb.
Daha əvvəl Almaniya təhlükəsizliklə bağlı təhdidlərə görə Ankara və İstanbulda diplomatik nümayəndəlikləri və məktəbləri bağlamışdı.