ABŞ Dövlət Katibi Con Kerri Moskvaya səfər edəcək.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Con Kerrinin Moskva səfəri 22-25 mart tarixləri arasında reallaşacaq.
Nazirlikdən bildiriblər ki, Kerri və Rusiya rəsmiləri Beynəlxalq Suriya Dəstək Qrupunun atəşkəsi davam etdirməklə bağlı səylərini müzakirə edəcəklər.
Kerrinin Ukrayna məsələsini də müzakirəyə çıxaracağı qeyd olunub.
İlhamə