19 Mart 2016 12:20
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə qanunlarına olunan yeni dəyişikliyə görə, bundan sonra Silahlı Qüvvələrə əməliyyat əmrini baş nazir yazılı surətdə verəcək. Bu, əsgər və zabitlərin qeyri-qanuni hərəkət adıyla yerli və beynəlaxlq instansiyalarda mühakimə olunmasının qarşısını alacaq.

Teleqraf.com Türkiyə mediasına istinadla bildirir ki, baş nazir Əhməd Davudoğlu üç ay öncə Cizrə, Silopi və Surda terrora qarşı başlanan geniş miqyaslı əməliyyat zamanı Türk Silahlı Qüvvələrinə (TSK) bağlı hərbi hissələrə yazılı əmr göndərib.

Terrorla mübarizəyə qatılan TSK-ya bağlı hərbi briqada və polklar öz vəzifə borclarını yerinə yetirmələrinə rəğmən istintaqa cəlb olunmalarını önləyən qərar istəyiblər.

Bundan sonra yeni qaydalarıın tətbiqi üçün layihə hazırlanıb.

Ölkənin cənub-şəqində yaşayış məntəqələrində terrorla mübarizə əməliyyatlarına qatılan əsgərlərin tələb və gözləntilərinə uyğun iki vacib dəyişiklik nəzərdə tutulub.

Terrorla mübarizə qanununa edilən birinci dəyişikliyə görə, artıq müvafiq əmri hərbçilərə baş nazir yazılı şəkildə verəcək.

İkinci dəyişikliyə görə isə, terrora qarşı əməliyyatlara qoşulan əsgərlər mülki məhkəmələrdə yox, yalnız hərbi məhkəmələrdə mühakimə oluna bilərlər.

Teleqraf.com


Müəllif: