Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu İstanbulda baş vermiş partlayışda 36 yaralının olduğunu deyib.
Teleqraf.com-un məlumatına görə, nazir bildirib ki, onlardan 7-nin vəziyyəti ağırdır. 4 yaralı hazırda əməliyyat olunur.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11 radələrində terrorçu kamikadze İstanbulun Taksim meydanına yaxın İstiqlal prospektində partlayış törədib. Kamikadze də daxil olmaqla 5 nəfər həlak olub, onlarla yaralı var.
Yaralıların 12-si əcnəbidir.