20 Mart 2016 13:22
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İraqa qarşı hərbi əməliyyatların başlanmasının 13 ili tamam olur.

Teleqraf.com xəbər verir ki, 2003-cü ilin martın 20-də ABŞ və üç ölkə – Böyük Britaniya, Avstraliya və Polşa İraqa qarşı hərbi əməliyyatlara başlayıb. Koalisiya qüvvələri aprelin 9-da Bağdadı ələ keçirib, Səddam Hüseyn hakimiyyətini deviriblər. Müharibənin tarixi rəsmi olaraq həmin il mayın 1-də başa çatsa da, ABŞ hərbi qüvvələri İraqdan 2011-ci ilin dekabrında çıxarılıb.

İraqa qarşı hərbi əməliyyatların başlanmasının əsas səbəbi kimi ölkənin kütləvi qırğın silahına malik olması, beynəlxalq terrorizmə dəstək verməsi, o cümlədən “Əl-Qaidə” ilə bağlılığı götürülüb. Lakin, BMT-nin Monitorinq, Yoxlama və Təftiş Komissiyası (UNMOVIC ) İraqda müharibə başlayanadək kütləvi qırğın silahlarının istehsalı ilə bağlı axtarış aparsa da, onun istehasılı ilə bağlı heç bir iz tapmayıb. ABŞ prezidenti Corc Buş 2003-cü ilin martın 17-də İraq hökumətinə 48 saatlıq ultimatium verib və bu müddət bitdikdən dərhal sonra İraqa hücum edilib.

Müharibə nəticəsində 1979-cu ildən İrqanın prezidenti olan Səddam Hüseyn hakimiyyətdən devrilib. Onun rəhbərlik etdiyi BƏƏS partiyası ləğv olunub. 2003-cü ilin aprel ayında Səddam Hüseyinin oğlanları Uday ve Kusay Mosulda təşkil olunan silahlı basqında öldürülüb. S.Hüseyn isə 2006-cı dekabrın 30-da İraq Ali Məhkəməsinin hökmünə əsasən asılaraq edam edilib. Tərəflərin hərbi itkilərinə gəldikdə isə, İraq ordusu 6370-10800-dək, koalisiya qüvvələri isə 11057 nəfər canlı qüvvə itirib. 8 il 9 davam edən hərbi müdaxilə İraqda 1 milyon 33 min insanın ölümünə səbəb olub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər