20 Mart 2016 17:18
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin daxili işlər naziri Əfqan Ala martın 19-da İstanbul şəhərində İstiqlal prospektində terror aktı törədən şəxs barədə rəsmi açıqlama verib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ə.Ala bildirib ki, terror aktını həyata keçirən şəxs 1992-ci il təvəllüdlü Mehmet Öztürkdür. O, M.Öztürkün Qaziantep şəhərində qeydiyyatda olduğunu söyləyib. Nazir bəyan edib ki, əldə olan faktlar terrorçunun İŞİD qruplaşması ilə bağlı olduğunu təsdiqləyib. Faktla əlaqədar 5 nəfər şübhəli qismində saxlanılıb: “Mənə daxil olan məlumatlara əsasən Mehmet Öztürklə bağlı hər hansı axtarış qərarı olmayıb. Məsələnin bütün detalları hərtərəfli şəkildə araşdırılır”.

Artıq M.Öztürkün atası və qardaşı da istintaqa cəlb olunub. M.Öztürkün atası ilkin ifadəsində bildirib ki, oğlu 2013-cü ildə evdən çıxıb və bir daha geri qayıtmayıb. O, M.Öztürklə bağlı polisə axtarış barədə müraciət etdiklərini də söyləyib. Ailə üzvləri onun İstanbulda olduğunu və İŞİD-ə qoşulduğunu təxmin ediblər, lakin 3 ilə yaxındır oğullarından heç bir məlumat almayıblar.

Qeyd edək ki, İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 39 nəfər yaralanıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər