13 İyun 2014 21:17
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti Türkiyə hökumətinin qarşısında şərt qoyub.

ANS PRESS-in məlumatına görə, terrorçular girov götürdükləri Türkiyə vətəndaşı olan TIR sürücülərini öldürməklə hədələyib.

Onlar Türkiyə tərəfinə mesaj göndərərək bildiriblər ki, sürücülərin azad edilməsi üçün 5 milyon dollar fidyə verilməlidir. Terrorçular pulların verilmədiyi təqdirdə hər gün bir türk sürücünü öldürəcəklərini bəyan edib.

Xatırladaq ki, İŞİD bir neçə gün bundan əvvəl Türkiyəyə məxsus 32 neft daşıyan yük maşınlarının sürücülərini girov götürmüşdü.

Terrorçular Türkiyənin Mosuldakı Baş Konsulluğunun diplomatlarını sərbəst buraxsa da sürücüləri azad etməyib.


Müəllif: