20 Mart 2016 23:59
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Kubaya yola düşüb.

ABŞ prezidentinin bu qərarı hakimiyyətdən getmədən öncə bu nailiyyəti miras qoymaq kimi qiymətləndirilir.

Teleqraf.com Amerikanın Səsi-nə istinadən bildirir ki, Obama administrasiyasının bildirdiyinə görə, ABŞ dövlət başçısı Kuba prezidenti Raul Kastro, vətəndaş cəmiyyətinin üzvləri, insan haqları müdafiəçiləri ilə görüş keçirməlidir.

Obama daha sonra Kuba xalqına müraciət edəcək.

Obamanın 2014-cü ilin dekabr ayında Soyuq Müharibə dövrünün düşməni olan Kuba ilə diplomatik əlaqələrin bərpasına dair açıqlamasından sonra ölkələrin paytaxtlarında səfirliklər fəaliyyətə başlayıb.

Amerika Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb.

Kuba prezidenti Raul Kastro ilə ABŞ dövlət başçısı arasında iki dəfə görüş keçirilib. Ölkə başçıları mütəmadi şəkildə müzakirələr keçirir.

Son 50 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında sərnişin təyyarələrinin uçuşları bərpa edilib.
ABŞ dövlət başçısı Kubadan sonra ABŞ prezidenti kimi son 20 ildə ilk dəfə Argentinaya səfər edəcək.

Barak Obama Amerika qitəsinə səfəri çərçivəsində Kanadada Şimali Amerika Liderliyinin, Peruda isə APEK ölkələrinin sammitlərində iştirak edəcək. Qeyd edək ki, Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidenti olacaq. Bundan əvvəl 1928-ci ildə prezident Kelvin Kulic Havanaya səfər edib.


Müəllif:

Oxşar xəbərlər