21 Mart 2016 19:09
2 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kin Çen Inın çəkilən son fotoları onun olduqca kökəldiyini göstərir.

Teleqraf.comTürkiyə mediasına istinadən xəbər verir ki, ölkəsinin böyük bir hissəsinin aclıq çəkməsinə baxmayaraq, dövlət başçısı qidalanmasına korluq vermir.

Ordunun təlimini izləməyə gələn 33 yaşlı diktator geyindiyi qalın paltoya rəğmən ağır çəkisini gizlədə bilməyib.

Kim Çen In daha əvvəl verdiyi açıqlamalarda yapon bivşteksini, İsveçrə pendirini və fransız şərabını çox sevdiyini bildirmişdi.

Ötən il Şimali Koreyaya səfər edən BMT üzvləri bu ölkədə qıtlıq səbəbi ilə əhalinin 50 faizinin aclıq təhlükəsi ilə üz-üzə qaldığını açıqlamışdı.

Qeyd edək ki, 90-cı illərdə bu ölkədə baş verən qıtlıq nəticəsində çox sayda insan tələf olmuşdu.

Yusif


Müəllif:

Oxşar xəbərlər