Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə ilə əməkdaşlıq perspektivlərini, xüsusən də yanğınsöndürənlərin hazırlanması üçün Xəzər hövzəsi ölkələrinin birgə tədris mərkəzinin yaradılması imkanlarını müzakirə ediblər.
Teleqraf.com-un ria.ru-ya istinadən verdiyi xəbərə görə, Puçkov bildirib ki, Rusiya FHN Azərbaycan tərəfinin müraciətinə cavab olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bazasında Xəzər hövzəsinin yanğın-xilasetmə xidmətlərinin mütəxəssisləri üçün birgə regional tədris mərkəzinin yaradılmasını nəzərdə tutan layihəni Rusiya hökumətinə təqdim edib.
O əlavə edib ki, belə bir proqrama ehtiyacı əsaslandırmaq kifayət qədər mürəkkəb prosedurdur. Puşkovun sözlərinə görə, o, bu ilin mayında birgə məsləhətləşmələr və proqramların reallaşması üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin işçi qrupunu Bakıya göndərməyə hazırdır: "Dövlətlərarası qarşılıqlı yardım mexanizmlərini inkişaf etdirmək, xəbərdarlıq sahəsində mövcud beynəlxalq hüquqi bazanı təkmilləşdirmək, fəlakət və qəzaların aradan qaldırılması üçün birgə səyləri artırmaq lazımdır".
O qeyd edib ki, iki ölkə nazirliklərinin 2016-2018-ci illər üçün kompleks əməkdaşlıq planını təsdiqləməyə hazırdır.
Bundan başqa, rusiyalı təsdiq edib ki, Rusiya FHN payızda Astarxanda "Xəzər-2016" genişmiqyaslı təlimini keçirməyi planlaşdırır və azərbaycanlı həmkarlarını bu təlimlərdə iştiraka dəvət edir.
Samir