Brüssel terrorundan sonra Belçika hökuməti Türkiyədəki nümayəndəliklərini bağlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Belçikanın İstanbuldakı Baş konsulluğu və Ankaradakı diplomatik nümayəndəliyi bu gün və sabah fəaliyyət göstərməyəcək.
Bu müddətdə nümayəndəliklər viza verilişini də həyata keçirməyəcək.
Qeyd edək ki, Brüsseldə bu gün səhər saatlarında baş verən terror aktları nəticəsində 34 nəfər həyatını itirib, 136 nəfər yaralanıb.
Samir