23 Mart 2016 19:17
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyətçi Hərakat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya yeni rəqib çıxıb.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, MHP-nin Qaziəntəpdən olan deputatı Ümid Özdağ partiya sədrliyinə namizəd olacağını açıqlayıb.

O, Türkiyə Böyük Mİllət Məclisində jurnalistin “Mediada MHP sədrliyinə namizəd olacağınız haqda yayılan məlumatlar həqiqətə uyğundurmu” sualına cavabında deyib: “Mətbuatda oxuduqlarınız doğrudur”.

Ümid Özdağ bir müddət öncə partiya sədrinin müavini vəzifəsindən istefa vermişdi.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər