Belçika polisi Brüsselin “Zaventem” hava limanında terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan 24 yaşlı Nayim Laçrauinin qardaşı haqda ilginc informasiya açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İngiltərənin “Deyli Meyl” qəzetinin yaydığı məlumatda qeyd olunur ki, Nayim Laçrauinin qardaşı tanınmış taekvondoçu, dünya çempionatının ikincisi, Belçikanı dəfələrlə beynəlxalq yarışlarda təmsil edən Mourad Laçrauinidir.
O, keçən il Cənubi Koreyada təşkil edilən dünya çempionatında 54 kiloqram çəki dərəcəsində gümüş medala layiq görülüb.
29 yaşlı taekvondoçu Mouradın qardaşı ilə münasibətlərinin soyuq olduğu vurğulanır. Nayim Laçrauinin Mərakeş əsilli ailəsi polisə ifadəsində oğullarının fanatik fikirlərinə görə utandıqlarını və onun bomba istehsalı ilə məşğul olduğunu söyləyiblər.
Martın 222-də Belçikanın paytaxtı Brüsseldə ard-arda partayışlar baş verib, 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.
Nərgiz