ABŞ-ın Bolqarıstandakı səfirliyi paytaxt Sofiyada nəqliyyat xətlərində terror aktının ola biləcəyi ehtimalı barədə Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib.
Teleqraf.com-un məlumatına görə, səfirlik sosial şəbəkələrdə bu haqda onlarda məlumat olduğunu qeyd edib: “ABŞ səfirliyinə Hotel Pliska yaxınlarında olan nəqliyyat xətlərində partlayış olacağı haqda məlumat daxil olub.
Vətəndaşlarımıza Sofiya bulvarına uzaq məsafədə dayanmağı məsləhət görürük”.
Şəhər bələdiyyəsinin rəhbəri Yordanka Fandakova bölgədə polislərin artırıldığını açıqlayıb.
Nərgiz