24 Mart 2016 20:16
2 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəriət qanunlarının hökm sürdüyü İndoneziyada bir qadın evlilikdən kənar cinsi əlaqəyə girdiyinə görə cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, açıq bir sahəyə əlləri bağlı gətirilən qadın huşunu itirənə qədər qamçılanıb. Daha sonra onu xərəyə qoyaraq oradan aparıblar.

Olduqca sərt qanunları ilə seçilən İndoneziyada bu kimi hallar tez-tez yaşanır. Ölkədə sevgililər gününü keçirmək istəyənlərə qadağalar qoyulub və bu günü xatırladan hər hansı bir hədiyyə alan şəxs sərt şəkildə cəzalandırılır.

Uğur


Müəllif:

Oxşar xəbərlər