Brüsseldə baş verən terror aktlarından sonra İspaniya təhlükəsizlik orqanları vəziyyəti analiz edərək, terror təhlükəsi səviyyəsinin mövcud 4-cü səviyyədən sonuncu 5-ci səviyyəyə yüksəldilməsinə ehtiyacın olmadığına qərar veriblər.
Mütəxəssislər hesab edirlər ki, İspaniya antiterror koalisiyasının üzvü kimi terrorçuların hədəfində olsa da, hazırda bu ölkədə hər-hansı terror aktının hazırlanmasına dair yeni məlumat mövcud deyil.
İspaniyada hazırki terror təhlükəsizliyinin 4-cü səviyyəsi ötən il Tunisdə baş verən kütləvi gülləbaran hadisəsindən sonra tətbiq edilmişdi. Beşinci səviyyə isə ordunun ölkənin bütün şəhərlərində küçələrə çıxarılmasını və strateji obyektlərin onlar tərəfindən qorunmasını nəzərdə tutur.